SON DƏQİQƏ: General Ağalarov VƏZİFƏSİNDƏN AZAD edildi - FOTO
Azərforum xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini-Qərargah rəisi general-leytenant Fəzail Ağalarov vəzifəsindən azad edilib.
general Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
General-leytenantın yerinə hələ ki, təyinat yoxdur.
Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur. Fəzail Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib.
Sail Ağasəlim