Türkiyənin İzmir şəhərində 3 nəfər dəm qazından zəhərlənib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirin Beydağ rayonunda bir ailənin 3 üvü sobadan sızan qazdan zəhərlənib.
Ailə üzvləri ilə əlaqə saxlaya bilməyən qohumları onların evinə gedib.
Evə gələn qohumlar ailə üzvlərinin huşsuz vəziyətdə uzandığını gördükdən sonra müvafiq qurumlara müraciət ediblər.
Zərəçəkmişlər əvvəlcə, Beydağ Dövlət Xəstəxanasına, daha sonra isə İzmir Şəhər Xəstəxanasına aparılıb.
Şəbnəm Mehdizadə