AZ

General-leytenant təqaüdə göndərildi

Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini-Qərargah rəisi general-leytenant Fəzail Ağalarov vəzifəsindən azad edilib.

General Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

General-leytenantın yerinə hələ ki, təyinat yoxdur.

Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur. Fəzail Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib. (Qafqazinfo)

Milli.Az

 
phrase_var_article.chosen
20
49
milli.az

10phrase_var_article.sources