AZ

"Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur" - Sahibə Qafarova

"Azərbaycanla Türkiyə arasındakı dostluq əlaqələri bizim üçün ən böyük dəyərdir".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında parlamentin spikeri Sahibə Qafarova deyib.

 

“Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyədə rəsmi səfərdə oldu. Orada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Əməkdaşlıqların inkişafı xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir. Görüşün yekunu olaraq Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri bəyanatla çıxış etdilər. Hesab edirəm ki, rəsmi səfər uğurlu keçdi, nümayəndə heyətinin hər birinə təşəkkür edirəm”, - sədr bildirib.

 

Firuzə Əliyeva

Seçilən
6
1
sfera.az

2Mənbələr