AZ

Ağ Ev Baydenin psixi vəziyyəti ilə bağlı məlumatları gizlədib

Ağ Ev bütün prezidentlik müddəti ərzində Co Baydenin real vəziyyətini qəsdən ictimaiyyətdən gizlədib.

"Unikal" xəbər verir ki,  bunu “The Wall Street Journal” nəşri yazıb.

Nəşr vurğulayır ki, hazırkı prezidentin administrasiyası onu indiyədək dövlət başçısı vəzifəsindən hər cür şəkildə qoruyub. Onun bilavasitə tapşırıqları digər məmurlara həvalə edilib və xarici siyasətçilərlə zənglər minimuma endirilib ki, tərəfdaşları ABŞ prezidentinin zehni qabiliyyətlərinin nə qədər sürətlə azaldığını görməsinlər.

Bayden xüsusilə pis bir gün keçirəndə Ağ Ev müntəzəm olaraq vacib milli təhlükəsizlik görüşlərini ləğv edib. Nəşr qeyd edir ki, qərarların əksəriyyətini onun ən yaxın müşavirləri verib, ona görə də, əslində, son 4 ildə ABŞ-ni dəqiq kimin idarə etdiyini söyləmək mümkün deyil.

Gülayə Mecid 

Seçilən
12
unikal.az

1Mənbələr