2024-cü ildə Fyodor Dostoyevskinin “Bəyaz gecələr” əsəri Böyük Britaniyada tərcümə ədəbiyyatının ən çox satılan dördüncü əsəri olub.
Redaktor.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Kitab mağazalarının əməkdaşları Dostoyevskinin bu əsərini "fenomen" adlandırıb və son iki ildə rus klassikinin satışının xeyli artdığını təsdiqləyiblər.
Qeyd edək ki, ötən ilin dekabrında Dostoyevskinin “Bəyaz Gecələr”i TikTokda, sonra isə instaqramdaviral oldu. Çaykovski və Şostakoviçin bəstələrindən ibarət "Bəyaz gecələr" pleylisti isə "Spotify"da çox çalınır.
“The Guardian” bildirib ki, “Bəyaz gecələr”in populyarlaşması əsərin qısalığı ilə bağlı ola bilər.
Sevinc İBRAHİMZADƏ