AZ

ABŞ “Qazprombank”a Türkiyədən qaz ödənişləri üçün icazə verdi

ABŞ “Qazprombank”a qarşı sanksiyadan Türkiyənin Rusiyadan aldığı qazın dəyərinin ödənilməsi əməliyyatları üçün istisna yaradıb.

Musavat.com xəbər verir ki, bu barədə NTV telekanalı Türkiyənin energetika naziri Alparlaslan Bayraktara istinadən məlumat yayıb.

“Türkiyə ABŞ-dan “Qazprombank” üçün istisna alıb, Türkiyə qazın pulunu “Qazprombank” vasitəsilə ödəməyə davam edəcək”, - deyə nazir bildirib.

Xatırladaq ki, noyabrın sonunda ABŞ “Qazprombank”a qarşı sanksiyalar tətbiq edib. 2022-ci ildən sonra Rusiya qazı və nefti üçün xarici ödənişlər yalnız bu bank vasitəsilə həyata keçirilirdi. Bundan sonra Macarıstan və Türkiyə sanksiyaların onlara mənfi təsir etdiyini bəyan edərək, ABŞ-dan Rusiya qazı üçün ödəniş edərkən “Qazprombank”a istisna edilməsini istəyiblər. Dünən Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkəsinə qarşı istisna edildiyini yaymışdı.

Qeyd edək ki, istisna yalnız təbii qaz üçün ödəniş əməliyyatlarına aiddir, neft və digər ödənişləri əhatə etmir.

Musavat.com

Seçilən
3
1
musavat.com

4Mənbələr