Avstraliyanın Monaş Universitetinin tədqiqatçıları dünyanın ilk bionik gözü olan \"Gennaris Bionic Vision System”i hazırlayıblar.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu inqilabi sistem zədələnmiş optik sinirlərdən yan keçərək vizual məlumatları birbaşa beyinə ötürür.
Kiçik kamera və simsiz beyin implantlarından istifadə edən sistem istifadəçilərə əsas formaları və xətləri qavramağa kömək edir, eyni zamanda 100 dərəcə baxış bucağı təqdim edərək, görmə qabiliyyətini itirmiş insanlara dünyanı yenidən görmək imkanı verir.
İnsanlafr üzərində sınaqların tezliklə başlayacağı sistem korluğun müalicəsində inqilabi irəliləyişin müjdəçisidir.
Aysel