AZ

Rusiyada 4 arvad almağa icazə verildi

Rusiya Müsəlmanları Ruhani İdarəsinin Üləmalar Şurası ərlərin arvadları ilə ədalətli və bərabər rəftar etməsi şərti ilə müsəlmanlara dördə qədər dini nikah bağlamağa icazə verib.

Turkustan.az xəbər verir ki, bu barədə yerli mediaya Şura sədrinin və Müsəlman Ruhani İdarəsinin sədr müavini, Moskva müftisi İldar Alyautdinov məlumat verib:

“Kişinin eyni vaxtda ikinci, üçüncü, hətta dördüncü dini nikaha daxil olması ehtimalı ilə bağlı qərar qəbul edilib. Arvad səhhətinə görə uşaq dünyaya gətirə bilmirsə, buna icazə verilir.

Bundan əlavə, reproduktiv yaşın başa çatması ilə əlaqədar bir neçə dini nikahın bağlanmasına icazə verilir. Arvadın uşaq dünyaya gətirmək istəməməsi də nəzərə alınır”, Alyautdinov əlavə edib.

Dini lider həmçinin bildirib ki, çoxarvadlılığın icazəli olmasının əsas şərti ərin bütün arvadlarına ədalətli və bərabər münasibət bəsləməsidir. O izah edib ki, bu, arvadlara bərabər maddi dəstəkdə, onların hər birinə ayrıca mənzil verilməsində özünü göstərir. Bu şərtlər yerinə yetirilməsə, kişinin çoxarvadlı nikahına girməsinə icazə verilməyəcək.

Bundan əlavə, o, evli kişinin də həyat yoldaşına başqa bir qadınla yenidən evlənmək niyyətini bildirməsi lazım olduğunu söyləyib. Həmçinin evli kişi başqa dini nikaha daxil olduqdan sonra qadının bütün uşaqlarını övladlığa götürməlidir./lent.az

phrase_var_article.chosen
14
1
turkustan.az

2phrase_var_article.sources