AZ

Qiyabi təhsil alan tələbələr TTK əldə edə bilər? - AÇIQLAMA

Qiyabi təhsil alanlar üçün təhsil krediti planlaşdırılmır.

Olaylar xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, qiyabi təhsil alanların əmək fəaliyyəti ilə məşğul olmaq imkanı olduğu üçün bu tələbələrə təhsil kreditinin ayrılması hələ ki, planda yoxdur.

"Bu məsələ Şuranın iclasında müzakirə edilməli, Maliyyə yükü hesablanmalıdır. Amma hələ ki, planda yoxdur", - sədr əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
12
olaylar.az

10Mənbələr