"Heyətimizdə xeyli sayda itkilərimiz var. Buna baxmayaraq, layiqli qələbə qazandıq".
Bu sözləri apasport.az saytına açıqlamasında Kənan Kərimov deyib.
"Karvan"ın baş məşqçisi "Mingəçevir"lə matçı dəyərləndirib: "Qəbələ" ilə görüşdən sonra komandanın üzərində böyük psixoloji gərginlik var idi. 2 lider futbolçumuzun xidmətindən hələ də istifadə edə bilmirik. Onların hər ikisi cəzalıdır. Bir neçə zədəli oyunçumuz da var. Buna baxmayaraq, komandam əzmkarlıq göstərdi və üstünlüyümüz şəraitində keçən matçda qələbə qazandı".
Mütəxəssis klubun qış planlarından da söz açıb: "Hazırda turnir cədvəlində 2-ci pillədə qərarlaşmışıq. Qış fasiləsinə bir tur qalıb. Çalışacağıq ki, "Baku Sportinq" səfərindən 3 xalla qayıdaq. Ən azından mövqeyimizi qorumaq niyyətindəyik. "Transfer pəncərə"sində bizə qoşulan və komandanı tərk edən futbolçular olacaq. "Qəbələ"dən 4 xal geri olsaq da, mübarizəmizi davam etdiririk. Sonuna qədər döyüşəcəyik. Qarşıda hələ çoxlu oyunlar var. Layiqli xallar yığmaq istəyirik".
Qeyd edək ki, I Liqanın X turunun "Karvan" - "Mingəçevir" matçı meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 5:0.
İsmayıl Xeyrullayev
Premyer Liqa: XVIII turun təyinatları açıqlandı
I Liqa: X tura yekun vurulub
Muarem Muarem: “Qurban hocanın yanında çalışmağı kim istəməz?”
Qurban Qurbanov: "Juninyo getmək istəyir"
Ayxan Abbasov: "Şübhəli məqamdır, mənə görə ofsayd yox idi"