Gürcüstanda səfərdə olan Avropa Şurasının Baş katibi Alen Berse Baş nazir İrakli Kobaxidze ilə ikinci dəfə görüşüb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Hökumət administrasiyası məlumat yayıb.
Qeyd edək ki, Allen Berse Gürcüstana səfəri çərçivəsində dekabrın 18-də baş nazirlə ilk görüşü keçirib. Bundan başqa, o, hakim “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili ilə də görüş keçirib. Alen Berse həmçinin Tbilisidə keçirilən aksiyalarda xəsarət alan müxalifət nümayəndələri, qeyri-hökumət təşkilatlarının üzvləri, jurnalistlər və nümayişçilərlə də görüşüb.