1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycan Prezidentinin Rusiyanın dövlət televiziyasına müsahibəsində diqqətçəkən bir neçə məqamlar var idi ki, bu məqamlardan biri də sülh müqaviləsi və revanşistlərin atdığı addımlarla bağlı idi".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Əli Məsimli deyib.
O bildirib ki, Ermənistan Azərbaycanla sürətlə silahlanma yarışına nəinki tab gətirməyəcək, əksinə, bu prosesin aqibəti Bakı şəhərində yerləşən Hərbi Qənimətlər parkının eksponat və coğrafiyasının genişlənməsindən o tərəfə keçməyəcək. Azərbaycan gələcəkdə ilk növbədə bu cür hərəkətlərin Ermənistan tərəfi üçün fəlakətli olacağını deməyə davam edəcək ki, bu da çox vacib mesajdır. Çünki dövlətimiz müharibədən təkcə qalib yox, həm də güclü çıxıb. Azərbaycanın tutduğu yol Cənubi Qafqazda sülh və sabitliyə aparan yoldur.
Mərahim Nəsib