“Sevilya”nın “Qarabağ”ın hücumçusu Olavio Juninyonun transferini tamamlamağa yaxın olması Türkiyənin “Fənərbağça” klubunda böyük təəssüfə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin aparıcı KİV-ləri məlumat yayıb.
İstanbul klubunun braziliyalı forvardı mövsümün əvvəlində transfer etmək imkanı olub. Lakin “Fənər” rəhbərliyi başqa variantlara üstünlük verib.
Juninyonun La Liqanın köklü klublarından “Sevilya” ilə anlaşması isə “sarı-lacivərdlilər”in peşmanlıq çəkməsinə səbəb olub.