AZ

Xarici tələbələrə kredit verilməsi hələlik nəzərdə tutulmur

Azərbaycanda təhsil alan xarici tələbələrə kredit verilməsi ilə bağlı hər hansı dəyişiklik yoxdur. Bunu dekabrın 20-də Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlər üçün keçirilən brifinqdə deyib. 
 
"Bu kredit hələlik Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Xarici vətəndaş olan tələbələr üçün kredit ayrılması ilə bağlı hər hansı dəyişiklik yoxdur", - o bildirib. 
 
Təhsil Tələbə Krediti Fondu (Bundan sonra Fond) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyun 2021-ci il 1367 saylı fərmanı əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb.
 
Aytac 
 
 
 


www.anews.az
Seçilən
4
anews.az

1Mənbələr