AZ

İran Rusiya prezidentinin dediklərini təkzib edir

İran

Rusiya prezidenti Vladimir Putin ötən gün Suriyadakı hadisələrlə bağlı ilk geniş açıqlamasını verib. Ölkəsinin Suriyadakı mövqeyindən söz açan Vladimir Putin Bəşər Əsəd rejiminin devrilməsinin Rusiya üçün məğlubiyyət demək olmadığını bildirib.

Reyting.az
xatırladır ki, V. Putinin iddiasına görə, B. Əsəd Suriyada süqut etməzdən əvvəl ümumilikdə 30 min rejim əsgəri və iranpərəst silahlılar döyüşmədən geri çəkilib, 4 min iranpərəst silahlını isə Tehrana aparıblar.

Amma bu bəyanatlar İran tərəfindən təkzib edilib. Putinin 4 min iranlı döyüşçünü Suriyada Tehrana apardıqları barədə sözlərinin həqiqəti əks etdirmədiyini bildirən İran İnqilab Keşikçiləri Korpusu, Suriyada son qarşıdurmalarda 15 hərbi müşavirinin həyatını itirdiyini deyib.

Qeyd edək ki, noyabrın 27-də Suriyada rejim əleyhinə silahlı qruplaşmalarla Bəşər Əsəd qüvvələri arasında toqquşmalar şiddətlənib. Noyabrın 30-dan dekabrın 7-dək qruplar Hələb, İdlib, Həma və Homs kimi ən böyük əyalətlərdə üstünlük əldə ediblər. Dekabrın 7-də paytaxt Dəməşqə girməyə başlayan müxalif qruplar hakimiyyəti ələ keçirib. Bəşər Əsəd isə Rusiyaya qaçıb.

ELÇİN
Seçilən
7
reyting.az

1Mənbələr