AZ

“Forbes” ən çox qazanan qadın idmançıların reytinqini dərc edib

Dünyanın üçüncü raketkası, amerikalı Kori Qauf 20 yaşında Forbes jurnalına görə dünyanın ən çox qazanan qadın idmançısı olub. Reytinq nəşrin saytında dərc olunub.

“RBC” xəbər verir ki, tarixdə ilk dəfə olaraq 11 idmançı eyni vaxtda 10 milyon dollardan çox qazanıb.

Qaufun gəliri 34,4 milyon dollar olaraq qiymətləndirilir ki, bunun da 9,4 milyon dolları turnirlərdə, digər 25 milyon dolları isə 11 şirkətlə tərəfdaşlıq yolu ilə kortdan kənarda qazanılır.

Bu, 2021-ci ildə tennisçilər Naomi Osaka (57,3 milyon dollar) və Serena Uilyamsdan (45,9 milyon dollar) sonra qadın idmançılar üçün tarixdə üçüncü ən yüksək illik qazancdır.

Reytinqdə ikinci yerdə polşalı tennisçi İqa Svyentek (23,8 milyon dollar), üçüncü yerdə amerikalı-çinli fristaylçı Eylin Qu (22,1 milyon dollar) qərarlaşıb.

İlk 10-luğa həmçinin tennisçilər Çjen Çinven (20,6 milyon dollar), Arina Sobolenko (18,7 milyon dollar), Naomi Osaka və Emma Radukanu (hər biri 12,9 milyon dollar) və Vinus Uilyams (12,1 milyon dollar) daxil olub.

Bundan əlavə, ilk onluqda amerikalı qolfçu Nelli Korda (12,5 milyon dollar) və onun həmyerlisi gimnast Simona Bayls (11,2 milyon dollar) yer alıb.

Almaz Həsənli

phrase_var_article.chosen
3
oxumeni.az

1phrase_var_article.sources