AZ

Ankara: ABŞ “Qazprombank”a dair istisna edəcək

Türkiyə Amerika administrasiyasının Ankaranın "Qazprombank"la əlaqəsini sanksiyalardan istisna etmək qərarına gəldiyini bildirib.

Yenisabah.az Bloomberg-ə istinadla xəbər verir ki, rəsmilərin açıqlamasında deyilir:

“Türkiyə ABŞ-ın “Qazprombank”a qarşı tətbiq etdiyi sanksiyalardan istisnalıq hüququ alır”.

Bundan əvvəl, Cümə axşamı Macarıstanın Qazprombank vasitəsilə qaz ödənişlərini həyata keçirməyə icazə aldığı barədə məlumatlar yayılıb.

Noyabr ayında ABŞ Maliyyə Nazirliyi 50-dən çox Rusiya bankını, o cümlədən "Qazprombank", "DOM.RF Bank", "BCS Bank" və "Sinara investisiya bankını sanksiyalar siyahısına daxil edib. 


Telegram kanalımız
Seçilən
12
yenisabah.az

1Mənbələr