AZ

Pezeşkian-Ərdoğan görüşündə nələr müzakirə edildi...

İran prezidenti Məsud Pezeşkian Qahirədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Modern.az xəbər verir ki, görüş D-8 ölkələrinin Qahirədə keçirilən sammiti çərçivəsində baş tutub.

Məsud Pezeşkian Suriyanın keçmiş prezidenti Bəşər Əsəd hökumətinin devrilməsindən sonra ərəb ölkəsində davam edən proseslər fonunda Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb.

"Suriyada baş verən istənilən hadisələr ölkənin ərazi bütövlüyünü qorumalıdır və Suriyanın ərazi bütövlüyünün ən kiçik pozulması belə qətiyyən qəbuledilməzdir".

İran prezidenti həmçinin İsrailin Yaxın Şərq regionunda həyata keçirdiyi təcavüzün dayandırılmasının təcili zərurətini vurğulayıb və deyib:

“Bütün İslam dövlətləri bu rejimin təcavüzkar hərəkətləri ilə mübarizə aparmaq üçün öz üzərinə düşən vəzifəni yerinə yetirməlidirlər. İslam ümmətində olarsa, bu rejim belə hərəkətlərə cəsarət etməyəcək".

O, daha sonra çıxışında İran və Türkiyə arasında möhkəm əlaqələrə toxunub.

Pezeşkian İranın iki ölkə arasında Strateji Əlaqələr üzrə Ali Şuranın qarşıdan gələn iclasına ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb və deyib ki, Tehran Ankara ilə əldə etdiyi razılaşmaların həyata keçirilməsini gözləyir.

O həmçinin İslam xalqları arasında ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsinə çağırıb və bildirib ki, İran və Türkiyənin bu məsələdə mühüm rol oynaya bilər.

Ərdoğan isə öz növbəsində Türkiyənin Suriyada sabitliyin və ərazi bütövlüyünün qorunub saxlanmasına böyük önəm verdiyini bildirib, ərəb ölkəsində sabitliyin və təhlükəsizliyin tezliklə bərpa olunacağına ümid etdiyini vurğulayıb.

Türkiyə prezidenti həmçinin ölkəsinin Livanda davam edən atəşkəs rejimini dəstəklədiyini bəyan edib və İsrailin Suriyaya hücumlarının dayandırılmasının və Qəzzada atəşkəsin yaradılmasının vacibliyini vurğulayıb.

İran və Türkiyə əməkdaşlığını regional sabitlik üçün mühüm əhəmiyyət kəsb edən Ərdoğan iki ölkə arasında Strateji Əlaqələr üzrə Ali Şuranın iclasının 2025-ci ildə keçiriləcəyinə ümid etdiyini bildirib.

Seçilən
5
modern.az

1Mənbələr