AZ

“Vətən informasiya müharibəsi” aparmalıyıq  - Zahid Oruc

Yazını böyüt
Yazını kiçilt

“Qədim Romadan miras qalan “Parçala və hökm sür”  imperiya siyasətini rəqəmsal əsr üçün yeniləyib “Sındır, Sızdır, Parçala”  hökmü ilə əvəzləyiblər. Panama, Paradise, Pandora, Pegasus sənədlərində ölkəmizlə bağlı fəsillərin əksəriyyəti küfr və cəfəngiyyatdan ibarət idi. Gözləyirdilər ki, hakimiyyətin “demon” obrazını yaratmaqla ölkəmizi Yaxın Şərqin xaosuna qərq edəcəklər”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc bildirib.

Deputat Rəcəb Tayyib Ərdoğanın müasir dövrdə dövlətlərin suverenliyinin fiziki sərhədlərdən çox informasiya məkanında hücuma məruz qaldığını, rəqəmsal dünyadakı kibervətəni qorumağın vacibliyi ilə bağlı fikirlərini vurğulayıb.

“Sabiq prezident Armen Sarksiyan “Ermənistan kiçik dövlət, qlobal millətdir” deyərkən, müharibənin torpaqlardan daha çox digər meydanlarda getdiyini göstərir.

Ona görə də aprel ayında xarici terror mediasının təmsilçilərini legitim hədəflər kimi zərərsizləşdirməyə çağırarkən hərbi meydanda qazandığımız Qələbəni informasiya səngərində də qorumalı olduğumuzu vurğulamışdıq.

Biz 44 gündə olduğu kimi, “Vətən informasiya müharibəsi” aparmalıyıq, lakin bu savaşın silahı tanklar, toplar, raketlər deyil, sözdür, qələmdir, klaviaturadır, virtual tribunalar və səngərdir.

Təklif edirik ki, Türk dövlətləri arasında informasiya məkanını qorumaq üçün Bakı bəyənnaməsi imzalansın”.

 

Seçilən
24
hafta.az

1Mənbələr