Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya 225 milyon funt sterlinqlik dəyərindəki yeni hərbi yardım paketini açıqlayıb.
Bu barədə “Poliqon” Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
Ukrayna üçün açıqlanan yeni hərbi yardım paketi əsasən, katerləri, insansız dəniz vasitələrini, hava hücumundan müdafiə sistemləri, dron əleyhinə kompleksləri və s. əhatə edir.