AZ

AŞ-nın baş katibi ikinci dəfədir Kobaxidze ilə görüşür

AŞ-nın

Avropa Şurasının baş katibi Alen Berse Gürcüstana səfəri çərçivəsində ikinci dəfədir ki, baş nazir İrakli Kobaxidze ilə görüşür.

Gürcüstan mətbuatı xəbər verir ki, görüş hazırda Hökumət Administrasiyasında davam edir.

Görüş mətbuata qapalı formada keçirilir.

Məlumat üçün bildirək ki, Gürcüstana səfəri çərçivəsində Alen Bers ilk görüşünü 18 dekabrda Baş nazir ilə keçirib. Bundan əlavə, o, "Gürcü Arzusu" partiyasının fəxri sədri Bidzina İvanişvili ilə, eləcə də müxalifət partiyalarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının üzvləri, aksiyada xəsarət alan jurnalistlər və nümayişçilərlə görüşüb.

Cavid

phrase_var_article.chosen
9
6
xalqcebhesi.az

7phrase_var_article.sources