Bakı. Trend:
Moldova Respublikasının prezidenti Maya Sandu ölkə qarşısındaxüsusi xidmətlərinə və yüksək peşəkarlıq bacarıqlarına görə birsıra şəxslərə fəxri adlar, medallar təqdim edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, təltifolunanlar sırasında Moldova Azərbaycanlıları Konqresinin sədriElçin Bayramov da var. Soydaşımız Moldova-Azərbaycan dostluğu vəəməkdaşlığının, habelə mədəniyyətlərarası dialoqun inkişafında fəaliştirakına görə Moldova Respublikasının “Vətəndaş xidmətlərinəgörə” medalına layiq görülüb.
Moldova prezidenti təltiflərin təqdimetmə mərasimində çıxışedərək fəxri ad və medal alanların işini yüksək qiymətləndirib,onların cəmiyyətin, ölkənin birliyində, inkişafında mühüm roloynadıqlarını vurğulayıb.