AZ

Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi

Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini - Qərargah rəisi postuna yeni təyinat olub.

Axar.az APA-ya istinadla xəbər verir ki, müvafiq əmrə əsasən, bu vəzifəyə polkovnik Etibar Məhərrəmov təyinat alıb.

İndiyədək bu vəzifəni tutmuş general-leytenant Fazil Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini vəzifəsinə isə polkovnik Telman Hüseynov təyin olunub.

phrase_var_article.chosen
5
3
axar.az

4phrase_var_article.sources