AZ

Əməliyyatı xadimə etdi - Xəstəxanada qalmaqal qopdu - FOTO

Türkiyədə Vanda fəaliyyət göstərən özəl xəstəxanada təmizlik işçisinin əməliyyatlar apardığı iddia edilib.

Milli.Az Türkiyə mətbuatına istinaədn xəbər verir ki, M.K. adlı təmizlik işçisinin xəstəyə müdaxilə etdiyi və cərrahın köməkçisi kimi davrandığı görünən foto bir həkim tərəfindən İnstaqramda paylaşılıb.

Xəstəxanada çalışan başqa bir əməkdaş isə hər hansı tibbi təhsili olmayan bu şəxslərin cərrahi əməliyyatlar etdiyini iddia edib.

İttihamları rədd edən xəstəxana rəhbərliyi təmizlik işçilərinin qaydalara uyğun olaraq əməliyyat otağına daxil ola bildiyini və onların xəstələrə müdaxilə etməsindən söhbət gedə bilməyəcəyini iddia edib.

Paylaşılan fotoları görən həmin xəstəxanada əməliyyat olunmuş vətəndaşlar ciddi narahat olduqlarını və  bu barədə tədbir görülməsini tələb ediblər.

Faktla bağlı araşdırma aparıldığı bildirilib.

Fidan
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Seçilən
15
4
milli.az

5Mənbələr