Ötən gecə Rusiya növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 36 PUA-sını ələ keçirərək məhv edib.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirir.
"Ötən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 36 pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib. 16 PUA-nın qarşısı alınıb. Krasnodar diyarı, 14-ü Qara dəniz, 5-i Bryansk vilayəti, biri isə Belqorod vilayəti ərazisi üzərində məhv edilib", - məlumatda deyilir.
Qeyd edək ki, Ukrayna qoşunları mütəmadi olaraq müxtəlif üsullardan, o cümlədən PUA-lardan istifadə edərək Rusiya Federasiyasının sərhəd rayonlarını atəşə tutur və hücuma keçir.
Nərmin
Milli.Az