AZ

Türkiyə ABŞ-dan istisnalar aldı: “Qazprombank”...

Türkiyə “Qazprombank”la Rusiyadan alınan qaz ödəməsini davam etdirəcək.

Axar.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparlaslan Bayraqdar deyib.

“Türkiyə Rusiya qazının pulunu ödəyərkən ABŞ-dan “Qazprombank” üçün istisnalar alıb. Türkiyə qazın pulunu “Qazprombank” vasitəsilə ödəməyə davam edəcək”, - o bildirib.

Qeyd edək ki, noyabrın sonunda ABŞ Rusiya qazı və nefti üçün xarici ödənişlərin edildiyi “Qazprombank”a qarşı sanksiyalar tətbiq edib.

phrase_var_article.chosen
7
axar.az

1phrase_var_article.sources