AZ

AFFA “Şamaxı”nı cərimələdi

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası III tur

 

18 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında III turun “Şamaxı” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” klubu 800 manat cərimə edilir (maddə 51.2);

18 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında III turun “Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilir (maddə 52.2);

 

I Liqa X tur

 

18 dekabr 2024-cü il tarixində I Liqada X turun MOİK – “Baku Sporting” oyununda “Baku Sporting” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Baku Sporting” komandası 70 manat cərimə edilir (maddə 37);

19 dekabr 2024-cü il tarixində I Liqada X turun “Karvan” – “Mingəçevir” oyununun 46-cı dəqiqəsində “Mingəçevir” komandasının 24 nömrəli futbolçusu Xəyal Xudaverdiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Mingəçevir” komandası 100 manat cərimə edilir (maddə 41);

19 dekabr 2024-cü il tarixində I Liqada X turun “Zaqatala” – “Cəbrayıl” oyunu “Cəbrayıl” komandasının qapıçısının formasında qüsur olması səbəbindən gec başladığına görə “Cəbrayıl” komandası 80 manat cərimə edilir (maddə 75.6);

19 dekabr 2024-cü il tarixində I Liqada X turun “Qəbələ” – “Qaradağ Lökbatan” oyununun 65-ci dəqiqəsində “Qaradağ Lökbatan” komandasının 44 nömrəli futbolçusu Xəyyam Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qaradağ Lökbatan” komandası 50 manat cərimə edilir (maddə 36.5);

19 dekabr 2024-cü il tarixində I Liqada X turun “İmişli” – “Difai” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 51.2);

 

II Liqa XIII tur

 

16 dekabr 2024-cü il tarixində II Liqada XIII turun “Şimal” – “Hypers Guba” oyununun 84-cü dəqiqəsində “Şimal” komandasının 10 nömrəli futbolçusu Elmar Yəhyabəyov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Şimal” komandası 150 manat cərimə edilir (maddə 39.1);

17 dekabr 2024-cü il tarixində II Liqada XIII turun “Dinamo” – “Ağdaş” oyununun 90+3-cü dəqiqəsində “Ağdaş” komandasının 5 nömrəli futbolçusu Vasif Nəsirov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Ağdaş” komandası 50 manat cərimə edilir (maddə 36.5);

17 dekabr 2024-cü il tarixində II Liqada XIII turun “Dinamo” – “Ağdaş” oyununda “Dinamo” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);

17 dekabr 2024-cü il tarixində II Liqada XIII turun “Şəfa” – “Füzuli” oyununun 45-ci dəqiqəsində “Şəfa” komandasının 22 nömrəli futbolçusu Tural Nərimanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Şəfa” komandası 50 manat cərimə edilir (maddə 36.5);

17 dekabr 2024-cü il tarixində II Liqada XIII turun “Şəfa” – “Füzuli” oyununda “Füzuli” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);

18 dekabr 2024-cü il tarixində II Liqada XIII turun “Saatlı-Araz” – “Sheki City” oyununda “Saatlı-Araz” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Saatlı-Araz” komandası 70 manat cərimə edilir (maddə 37);

18 dekabr 2024-cü il tarixində II Liqada XIII turun “Qusar” – “Şahdağ Qusar” oyunu “Qusar” komandasının matça gəlməməsi səbəbindən baş tutmadığına görə “Qusar” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Qusar” komandası 300 manat cərimə edilir (maddə 61.4).

Aleksandr Çertoqanov: "Fransaya qarşı oynamaq çox maraqlı olardı"

Premyer Liqa: XVIII turun təyinatları açıqlandı

I Liqa: X tura yekun vurulub

Muarem Muarem: “Qurban hocanın yanında çalışmağı kim istəməz?”

Qurban Qurbanov: "Juninyo getmək istəyir"

Seçilən
34
3
apasport.az

9Mənbələr