Juninyonun transferi üçün “Qarabağ”la danışıqları davam etdirən “Sevilya”da B planı da hazırdır.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, İspaniya klubu Ağdam təmsilçisi ilə təzminat məsələsində razılığa gələ bilməsə, başqa varianta əl atacaq.
Əndəlüslülər “Real Sosyedad”dan ayrılmağa hazırlaşan Umar Sadiki heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, “Sevilya” Juninyo üçün “Qarabağ”a 3 milyon avro təklif etsə də, Azərbaycan çempionu bununla razılaşmayıb.