"Bir sıra diplomatlarımız Avropada oturub Azərbaycana qarşı qarayxma ilə məşğuldurlar”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.
Deputat xatırladıb ki, Misirdə fəaliyyət göstərmiş Ramiz Vəliyevi ifşa edilib: "Biz bilirik ki, bu uzun çəkəcək. Dəfələrlə bundan əvvəl də bəzi diplomatlarımız Azərbaycanın əleyhinə fəaliyyət göstəriblər və ifşa olunublar. Onlardan bəziləri hələ də Avropanın məkanında oturub Azərbaycana qarşı qarayxma ilə məşğuldurlar. Bizim ifşa olunan diplomatımızın fəaliyyətində “UMU” deyilən gizli təşkilat aşkarlanıb. Təşkilatlanma elə burdan başlayır. Abreviaturanın açılışı belədir: “Ulduz metrosunun uşaqları”. Əslində heç bir şey yoxdur, amma görün Azərbaycan dövlətinə qarşı nə qədər ziyan vurur. Ona görə də ictimai birliklərə məsuliyyət mütləq nəzərə alınmalıdır. Biz bilməliyik ki, diplomatımız hansı ictimai birliyə mənsubdur, o ictimai birliyin fəlsəfəsi nədir".
Anar Kəlbiyev