AZ

Cənubi Koreya Kəşfiyyatının rəhbəri həbs olunub - Səbəb

Cənubi Koreyanın Müdafiə Kəşfiyyatının Komandanı, general-mayor Mun Sanq Honun həbsinə order verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb generalın dekabrın 3-də uğursuz hərbi vəziyyət elanında yer alması göstərilib.

"Yonhap" yazıb ki, dekabrın 16-da saxlanılan general-mayor Mun prezident Yoon Suk Yeolun dekabrın 3-də hərbi vəziyyət elan etməsindən sonra komandanlığı altında olan əsgərləri Seulun cənubundakı Qvaçeondakı Milli Seçki Komissiyasının ofisinə göndərib: "Bundan başqa, Mun hərbi vəziyyət elan etməzdən iki gün əvvəl Kyeonggi əyalətindəki bir restoranda keçmiş Müdafiə Kəşfiyyatı Komandanı Noh Sang-von ilə tabeliyində olan hərbçilərin iştirakı ilə hərbi vəziyyət əməliyyatlarında yer almalarını müzakirə edib...".

Samir Musayev
MİA.AZ

Seçilən
12
mia.az

1Mənbələr