NATO yaxın 10-20 ildə Rusiyanı cilovlamaq məcburiyyətində qalacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Estoniya Xarici Kəşfiyyatının rəhbəri Kaupo Rozin bildirib.
“Yaxın 10-20 ildə NATO-nun missiyası Rusiyanı cilovlamaq və ya qorxutmaq olacaq ki, onun Qərbi hərbi yolla sıxışdırmaq kimi axmaq ideyaları olmasın”, - kəşfiyyat şefi qeyd edib.
Onun fikrincə, bu, mümkündür, amma Qərb problemə ciddi yanaşmalı və müdafiəyə sərmayə qoymalıdır:
“NATO və yerli hərbi qüvvələrin planları real resurslar, qoşun və sursatla dəstəklənməlidir. Yalnız bu halda Rusiyanı cilovlamaq mümkün olacaq”.
Rozin vurğulayıb ki, Moskva NATO-nun fəaliyyət və infrastrukturunu, Rusiya yaxınlığında, xüsusən alyansın Şərq cinahında olan dövlətlərdə qoşunların mövcudluğunu məhdudlaşdırmağa çalışacaq.