AZ

"Global Times": Rusiya-Çin əlaqələri qlobal təhlükəsizlik üçün vacibdir

Moskva və Pekin arasında qarşılıqlı əlaqə daha ədalətli dünya nizamının və qlobal təhlükəsizliyin bərqərar olmasına töhfə verir. 

Bakıvaxtı.az "Global Times" qəzetinə istinadən xəbər verir ki, bu, qəzetin yaydığı məqalədə yer alıb.

Məqaləyə görə, Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının iki daimi üzvüdür. Ona görə də  həlledici dövrdə onların siyasi qarşılıqlı etimadı və strateji koordinasiyası təkcə iki ölkə üçün deyil, həm də qlobal təhlükəsizlik və dünyada sülh üçün vacibdir. 

"Lanzhou" Universitetinin Mərkəzi Asiya Araşdırmaları İnstitutunun dosenti Sun Xiuven bildirib ki, Moskva və Pekin xarici müdaxilələrə qarşı mübarizə, milli suverenliyin və ərazi bütövlüyünün qorunması kimi məsələlərdə ortaq mövqedədir.

"Çin və Rusiya Birləşmiş Ştatların birqütblü hegemonluğuna qarşıdırlar. Hər iki ölkə beynəlxalq nizamın ədalətli və əsaslı şəkildə dəyişdirilməsinin, əksər inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verən mövqenin tərəfdarıdırlar", - deyə dosent qeyd edib.

Gülşən Şərif


 

Seçilən
16
bakivaxti.az

1Mənbələr