AZ

Türkiyədə məhkumlara yaxınları ilə açıq görüş icazəsi veriləcək

Türkiyədə cəzaçəkmə müəssisəsində olan məhkumların yaxınları ilə açıq görüşlər keçirilməsinə icazə veriləcək.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

"Ədliyyə Nazirliyi olaraq 23-29 dekabr tarixlərində,  Yeni il bayramı münasibəti ilə cəzaçəkmə müəssisələrində məhkum və məhbusların ziyarət hüququ olan qohumları ilə açıq görüşlər keçirmələrinə şərait yaradacağıq” – deyə nazir əlavə edib.

Şəbnəm Mehdizadə

phrase_var_article.chosen
15
e-huquq.az

1phrase_var_article.sources