AZ

Bu ilin altı ayında BQXK-nın Azərbaycanda gördüyü işlər açıqlanıb

Bakı.Trend:

Bu ilin altı ayında Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindənAzərbaycanda 1,127 itkin ailəsi sirdaşlar tərəfindən ziyarət edilibvə onlardan 53-nə təməl psixososial dəstək göstərilib.

Bu barədə Trend-ə BQXK-danməlumat verilib.

Bildirilib ki, eyniləşdirmə xəbəri almış yaxınlarının yasmərasimləri zamanı sirdaşlar tərəfindən 357 dəfə ziyarətedilib.

"90 itkin ailəsi üzvü anım mərsimində iştirak edib. 28 sirdaş 2ikigünlük rüblük təlimdə iştirak edərək itkin düşmüş şəxslərləbağlı məsələlərdə kömək etmək və itkin ailələrinə dəstək olmaqbacarıqlarını artırıb. Ekshumasiya və eyniləşdirmə işlərinə cəlbolunmuş təşkilatları təmsil edən 11 əməkdaş, BQXK-nın dəstəyi iləxaricdə keçirilən konfranslarda və təlim proqramlarında iştirakedib.

İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsiistiqamətində çalışan dövlət qurumlarını təmsil edən 9 əməkdaş,BQXK-nın təşkil etdiyi təlimlərdən faydalanıb. Hakimiyyət orqanlarıtərəfindən həyata keçirilən ekshumasiya işlərinə texniki dəstəkgöstərmək üçün 3 rayona 3 sahə səfəri edilib", - məlumatdavurğulanıb.

Qeyd edilir ki, BQXK ekshumasiya və eyniləşdirmə işlərinə dəstəkolaraq Azərbaycanın aidiyyəti dövlət qurumlarına müxtəlif vəsaitlərtəqdim edib.

"1,126 nəfər arıçılıq layihəsi çərçivəsində təşkil edilmiştəlimlərdə iştirak edərək və maliyyə yardımı

alaraq bu sahədə fəaliyyətlərini genişləndirmək imkanı qazanıb.706 nəfər, o cümlədən mina insidentlərinin təsirinə məruz qalmışşəxslər, mina qurbanlarının

ailələri və Yaxın Şərqdən repatriasiya olunmuş uşaqlar,ehtiyaclarını qarşılamaq üçün pul yardımı alıb.

401 nəfər "Ağıllı bağçılıq" layihəsindən faydalanıb. Layihəiştirakçılarına ərzaq istehsal etmək üçün alətlər və toxumlarpaylanıb. 383 nəfər mikro-iqtisadi təşəbbüslər layihəsi vasitəsilədolanışıq vəziyyətini yaxşılaşdırıb. 300 nəfər quşçuluğa dəstəklayihəsindən faydalanıb.

20 Qızıl Xaç Məktubu vasitəsilə Yaxın Şərqdə qalmağa məcbur olanşəxslərlə onların Azərbaycandakı qohumları arasında əlaqəyaradılıb”,- deyə qurumdan məlumat verilib.

Seçilən
10
az.trend.az

1Mənbələr