AZ

Cərrah xəstənin qulağından 76 il öncə itən muncuğu tapdı

Rusiyada həkimlər maraqlı cərrahiyə əməliyyatı həyata keçiriblər. Moskva vilayətindən olan təqaüdçü eşitmə qabiliyyətinin zəifləməsindən şikayət edərək həkimə müraciət edib. O, yalnız həmin gün bilib ki, ömrü boyu qulağında muncuqla yaşayıb.

Bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Bu yaxınlarda Vidnovskaya xəstəxanasına 81 yaşlı qadın profilaktik müayinə üçün gəlib. Otorinolarinqoloqun qəbulu zamanı xəstə sağ qulağında eşitmə itkisindən əziyyət çəkdiyini etiraf edib. Müayinə zamanı həkim kir tıxacını aşkar edib və onu çıxardıqdan sonra otoskopdan istifadə edərək qulaq kanalında parıldayan yad cism görüb. Bunun muncuq olduğu üzə çıxıb. Həkim onu ​​xüsusi qarmaqla tutaraq xəstənin qulağından narkozsuz çıxarıb", -məlumatda qeyd edilib.

Qadın qulağındakı "tapıntı"nı araşdırdıqdan sonra yadına düşüb ki, onun beş yaşı olarkən boyunbağısı qırılıbmış. Yaxınları ona boyunbağının muncuqlarından birinin tapılmadığını deyiblərmiş. Xəstə qeyde dib ki, indi mükəmməl eşidir və muncuğu yadigar olaraq saxlamağa qərar verib.

Tural

Seçilən
5
news365.az

1Mənbələr