AZ

Din Tao: "Azərbaycan "Bir kəmər, bir yol" layihəsinin inkişafını ilk dəstəkləyən ölkələrdən biri olub"

Azərbaycan "Bir kəmər, bir yol" layihəsinin inkişafını dəstəkləməyə hazır olduğunu bildirən ilk ölkələrdən biridir və hazırda layihədə fəal iştirak edir.

Bu barədə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao bu gün ilin yekununa həsr olunmuş mətbuat konfransında “Report”un sualını cavablandırarkən deyib.

"Ötən ilin oktyabrında Çin Xalq Respublikasının sədri Si Cinpin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə 3-cü Yüksək Səviyyəli Forumun açılış mərasimində təşəbbüsün həyata keçirilməsini dəstəkləyən 8 addımı açıqlayıb. Buraya "Çin-Avropa" marşrutu üzrə konteyner qatarlarının inkişafı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inşasına qoşulmaq daxildir", - D.Tao qeyd edib.

O vurğulayıb ki, Çin tərəfinin irəli sürdüyü təşəbbüslər Azərbaycanın inkişaf strategiyasına əhəmiyyətli dərəcədə uyğun gəlir və ölkə tərəfindən müsbət qarşılanıb.

"Bu il "Bir kəmər, bir yol" və TBNM layihələrinin həyata keçirilməsi, eləcə də Çin-Azərbaycan nəqliyyat və logistika sahəsində əməkdaşlığının inkişafı sürətlənir. Qazaxıstanda iyulun 3-də dövlət başçılarının görüşü çərçivəsində "Çin-Avropa" istiqamətində yükdaşımaları üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı haqqında Hökumətlərarası memorandum imzalanıb. Bu isə Orta Dəhliz ətrafında nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi üçün mühüm istiqamətləri müəyyən edir", - o vurğulayıb.

phrase_var_article.chosen
9
1
far.az

2phrase_var_article.sources