AZ

Aydın Səfixanlı: Ermənistanda saxlanılan azərbaycanlılarla bağlı BQXK-ya dəfələrlə müraciət edilib

Müharibə dövründə və müharibədən dərhal sonra Azərbaycan tərəfi Ermənistanda fəaliyyət göstərən BQXK-ya orada saxlanılan azərbaycanlıların müdafiəsi ilə bağlı dəfələrlə müraciət edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Bakıda keçirilən Cenevrə konvensiyalarının 75-ci ildönümünə həsr olunan seminarda çıxışı zamanı danışıb.

“Təəssüf ki, heç onlar da azərbaycanlıları müdafiə edə bilmirdilər. Amma biz müharibə dövründə də, müharibədən dərhal sonra da saxlanılan ermənistanlıların ailələri ilə videogörüntü formatında danışmasını təmin edirdik”, - o qeyd edib.

BQXK-nın Azərbaycandakı Nümayəndəliyində həbs qrupunun rəhbəri Mareh Shervashidze isə Komitənin saxlanma yerlərində həyata keçirdiyi fəaliyyətlərdən söz açaraq vurğulayıb ki, hər bir başçəkmə saxlanma yerinin rəhbərliyi ilə aparılan söhbətlə başlayır:

“İlkin söhbətdən sonra ərazi və binaya baxış keçiririk. Sonra saxlanılan şəxslərlə təklikdə söhbət aparırıq, əgər ailələri ilə əlaqə yaratmaq istəyirlərsə, bunu təmin edirik və sonda saxlanma yerinin rəhbərliyi ilə yekun müzakirə aparırıq. Pis saxlanma şəraiti pis rəftar hesab edilə bilər”.

M.Shervashidze əlavə edib ki, BQXK 2023-cü ildə dünyada 885 saxlanma və həbs yerində 2 min 564 başçəkmə həyata keçirib:

“Bu çərçivədə 837 min 29 şəxsə başçəkmə olub. Komitə 2023-cü ildə bu çərçivədə 14 min 20 nəfərin işini diqqətdə saxlayıb. Başçəkmələr 84 kontekst çərçivəsində olub”.

phrase_var_article.chosen
36
far.az

1phrase_var_article.sources