AZ

Ukrayna Xerson əhalisini təxliyə etməyə çağırır

Kiyevin təyin etdiyi Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Xerson şəhərinin yerli əhalisini və ətraf rayonlarını regionda yaranmış gərgin vəziyyətlə əlaqədar təxliyə etməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müvafiq video Teleqram kanalında yayımlanıb.

Prokudin qeyd edib ki, şəhər və onun ətrafı güclü bombardmana məruz qalıb. Onun sözlərinə görə, gərgin vəziyyət bayram boyu davam edəcək.

"Lazım olmadıqca çölə çıxmayın. Bir daha sizi bölgənin daha təhlükəsiz hissələrinə təxliyə etməyə çağırıram", - Prokudin bildirib.

Seçilən
11
operativmm.az

1Mənbələr