AZ

"Hərbi xidmətə çağırış yaşı 27-yə endirilməlidir"- Siyavuş Novruzov

"18 yaşlı çağırışçı ilə 35 yaşlı çağırışçının hərbi xidmət keçməsi hərbi nizamnaməyə də uyğun deyil. Hərbi xidmətə çağırış yaşı əvvəllər 35 idi, 30-a endirdik, indi isə 27-yə endirilə bilər".

News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, yalnız könüllü şəkildə 35 yaşındakılar hərbi xidmət keçməyə gedə bilər.

S.Novruzov onu da vurğulayıb ki, əvvəllər 2 uşağı olan valideyni hərbi xidmət keçməyə göndərmirdilərsə, bu sonradan 3 uşağa qalıdırıldı.

"Hərbi xidmətə çağırış yaşı 27-yə endirilməli, 2 uşaq ataları çağırılmamalıdır. İki övladı olan şəxsin hərbi xidmətə çağırılması ana üçün çətinlikdir. Həm də iki uşaq il yarım atasını görmür, bu da müəyyən problemlər yaradır. Hesab edirəm ki, qanunda 3 uşağı 2-yə endirə bilərik".

Seçilən
29
3
news365.az

4Mənbələr