Müəllif: Gülnar Əhmədli, Banco.az
Almaniya bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 634 milyon 442 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 16,4% azdır.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Almaniyanın idxal etdiyi neftin həcmi 1 milyon ton olub. Bu isə illik müqayisədə 13,7% azdır.
Qeyd edək ki, bu il İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. İkinci yerdə Çexiya, üçüncü isə Xorvatiya olub.