AZ

Pentaqon Suriyada olan ABŞ hərbi heyyətinin sayını açıqlayıb

 

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyada yerləşən hərbi qulluqçularının sayını 2 min olaraq yenilədiyini açıqlayıb. 

Pentaqonun mətbuat katibi general Patrik Rayder gündəlik jurnalistlərlə olan konfransda danışıb. O, “Bu gün öyrəndim ki, Suriyada təxminən 2 min ABŞ hərbçisi var və mənə izah edilənə görə, bu əlavə qüvvələr vəzifə tələblərini qarşılamaq üçün yerləşdirilmiş müvəqqəti rotasiya hərbiçiləri olaraq qiymətləndirilir. Əsas heyət olaraq isə 900 ABŞ ordu nümayəndəsi daha uzunmüddətli yerləşdirmə üçün orada mövcuddur” deyə bildirib. 

Son həftələrdə Suriyaya diqqətin artması səbəbilə ABŞ-ın oradakı hərbçilərinin sayı ilə bağlı yenilənmiş məlumatı açıqlamaq istədiklərini qeyd edən Rayder əlavə olaraq bu 2 min ABŞ hərbçisinin 8 dekabrda BƏƏS rejiminin devrilməsindən əvvəl orada yerləşdirildiyini iddia edib. Patrik Rayder ABŞ-ın Suriyadakı hərbi qüvvə artımının İŞİD-ə qarşı əməliyyatları gücləndirmək məqsədilə müvəqqəti olduğunu irəli sürüb. ABŞ uzun müddətdir Suriyada yerləşən hərbçilərinin sayını 900 olaraq açıqlayırdı.



Seçilən
5
trt.net.tr

1Mənbələr