"Mənim istədiyim məsələ hər iki valideyni Azərbaycan vətəndaşı olan, xaricdə doğulan uşaqlarla bağlıdır. Misal üçün, ABŞ, Kanada və bəzi ölkələrdə doğulan uşaqlara avtomatik vətəndaşlıq verilir. Sonra dövlət miqrasiya xidmətinə müraciət edərək Azərbaycan vətəndaşlığı da təsdiqlənir. Bu uşaq pasport alır, 18 yaşa kimi ayda ildə bir dəfə Azərbaycana gedir yaxın qohumlarını görməyə. Amma 18 yaşında onun əsgərlik məsuliyyəti yaranır. Başqa ölkədə, cəmiyyətdə, başqa mentalitet və mindsetlə böyüyən uşağın Azərbaycanda əsgərlik çəkməsi psixoloji və mənəvi cəhətdən ağır olur".
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
N.Həmzəyevin sözlərinə görə, çox vaxt 35 yaşa kimi Azərbaycana getmirlər və hərbi bilet olmadığı üçün 18-35 yaş arası pasportu da yeniləyə bilmirlər: "Nəticədə Azərbaycan bir vətəndaşını itirir. Yaxşı olardı ki, bu uşaqlarla bağlı fərqli yanaşma tədbiq edilərdi".