AZ

“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman Əmiraslanov

Azərbaycanın dövlət başçısı İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibə dünya ictimaiyyəti, həmçinin nüfuzlu media vasitələri tərəfindən böyük maraqla izlənilir.

Bu müsahibə əvvəllər olduğu kimi, bu dəfə də beynəlxalq aləmdə böyük rezonans doğurub. Çünki ölkə Prezidenti son illərdə dünyada baş verən hadisələrdən, Azərbaycanın xarici siyasətinin xüsusiyyətlərinə görə, istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilməsindən, Rusiya ilə Azərbaycan, habelə Azərbaycanla Türkiyə arasında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin əhəmiyyətindən, Ermənistanın sülh sazişindən yayınmasından və bu ölkəyə Makron hökuməti və digər dövlətlər tərəfindən öldürücü silahların tədarük edilməsindən, o cümlədən dünyada baş verən mühüm əhəmiyyətli qlobal məsələlərdən söhbət açdı. Ölkə Prezidenti geniş və konseptual müsahibəsində xüsusilə Qərbi Azərbaycan və soydaşlarımızın taleyi haqqında xüsusi mövqeyini bildirdi. Qərbi Azərbaycan məsələsinə davamlı diqqət ayıran cənab prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki: “Qərbi Azərbaycan İcması qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır.

Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq. Çünki sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur. Bizim işğal illərində aldığımız yaralar isə 30 il keçməsinə baxmayaraq hələ də sağalmayıb. Yəni, bunun üçün vaxt lazımdır. Bu məqsəd üçün isə ictimai fon, ünsiyyət lazımdır, insani dildə danışmaq gərəkdir.

Beləliklə, indi vəziyyət bundan ibarətdir.” Bu fikirlər bir daha sübut edir ki, Cənab İlham Əliyevin hücum xarakterli diplomatiyasına Qərbi Azərbaycan faktoru prioritet təşkil edir. Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusu artıq beynəlxalq arenaya çıxarılıb. Beləliklə, Prezident İlham Əliyevin, “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində toxunduğu bu və digər  məsələlər, açıqladığı fikirlər və bu fikirlərdən doğan mövqe bir daha dünyaya Azərbaycanın doğru yolda olduğunu nümayiş etdirməklə bərabər, heç bir qüvvənin, heç bir qərəzin, heç bir düşünülmüş planın Azərbaycanı və bu ölkənin lideri olan, xalqının Xilaskar Prezidenti, Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi öz həqiqət yolundan geri çevirə bilməyəcəyinin, Azərbaycanın daxili işlərinə hər cür müdaxilələrin fiaskoya uğrayacağını  yüksək kürsüdən bəyanına çevrildi.

Milli Məcisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov
 

Seçilən
51
50
unikal.az

10Mənbələr