Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 993,2 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3 706,2 manat, qeyri neft-qaz sektorunda 943,3 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 953,3 manat, özəl müəssisələrdə isə 1034,5 manat olub.
Banco.az xəbər verir ki, ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (3 534,2 manat), maliyyə-sığorta (2 698,2 manat), peşə, elmi və texniki fəaliyyət sahəsindədir (1 672,5 manat).
Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (572 manat) sahəsindədir.