AZ

Rusiya neftinin alış qiyməti endirilə bilər -Bu ölkələr müzakirəyə BAŞLADI

Yeddilik Qrupu (G7) ölkələri Rusiyadan neft alışını dayandırmağın və ya rus neftini daha ucuz almağın yollarını axtarır.

 

Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı “Bloomberg”a danışan mənbə açıqlayıb.

 

Mənbənin məlumatına görə, müzakirə edilən variantlar arasında Rusiya neftinin tədarükünə tamamilə qadağa qoyulmasından tutmuş, rus nefti üçün tətbiq edilən tavan qiymətinin hazırkı 60 dollardan 40 dollara endirilməsi kimi müxtəlif variantlar var.

 

Anonimlik şərti ilə danışan mənbələr müzakirələrin davam etdiyi və növbəti addımla bağlı konsensus olmadığı barədə xəbərdarlıq ediblər.

 

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən sonra Qərb rus neftinin idxalı üçün tavan qiymət tətbiq edib. Hazırda tavan qiymət 60 dollardır. Tavan qiymətlərlə bağlı tətbiq edilən qaydalara əsasən, Qərb şirkətlərinin Rusiyadan aldığı neftin sığortalanmasına və daşınmasına o halda icazə verilir ki, alınan neftin qiyməti 60 dolları keçməsin. Neftin qiyməti bəzi aylarda 100 dolları ötsə də, Rusiya Qərbə 60 dollardan baha neft sata bilməyib.

 

Qərbin rus neftinə qiymət tavanı tətbiq etməsi səbəbindən Rusiyanın digər ölkələrə satdığı neftin qiyməti də aşağı düşüb. Buna görə də, Rusiyanın neft gəlirləri xeyli azalıb.

 

Əgər qiymət tavanı 40 dollara salınarsa, bu, Rusiya üçün böyük iqtisadi zərbə olacaq və Rusiyanın ixrac gəlirləri daha da azalacaq.

 

Vasif

Sfera.az

 

 

Seçilən
6
sfera.az

1Mənbələr