Multimilyonçu işsizlikdən bezib köhnə peşəsinə qayıtdı
“EuroMillions” lotereyasında 108 milyon funt-sterlinq qazanan Böyük Britaniya sakini həyatındakı dəyişikliklərdən danışıb. Onun hekayəsini “Daily Star” paylaşıb.
Qlobal.net bildirir ki, Surreydən olan mexanik Neil Trotter 2014-cü ildə böyük bir məbləğ qazanıb. Həmin vaxt onun cekpotu lotereya tarixində dördüncü olub. Üstəlik, Trotter qələbəsini proqnozlaşdırmışdı. Həmişə əmin idi ki, bir gün cekpotu vuracaq.
Maliyyə məsləhətçilərinin tövsiyələrinə baxmayaraq, şanslı adam dərhal dəbdəbəli mallara pul xərcləməyə tələsib. İlk növbədə o, göl olan həmin evi, həmçinin “Jaguar” və “Porsche” avtomobillərinin ən bahalı modellərini alıb. Ancaq çox keçmədən bu cür həyat Trotter cansıxıcı olub.
“İşləmək məcburiyyətindən ümumiyyətlə işləməməyə keçmək çox qəribə bir dəyişiklik idi. Çox keçmədən başa düşdüm ki, bütün günü evdə oturub televizora baxmaq inanılmaz dərəcədə darıxdırıcıdır”, - deyə o etiraf edib.
Nəticədə, Trotter gənclik hobbisinə qayıdıb və indi avtomobil yarışlarında iştirak edir. Bununla belə, o, hələ də multimilyonçu olmağın olduqca darıxdırıcı olduğunu düşünür. (lent.az)