AZ

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün söküntüsünə başlanıldı (VİDEO)

Bakı. Trend:

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi iləbirləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti vəSamur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisihaqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğunolaraq müvafiq işlərə başlanılıb.

Trend xəbər verir ki, ilkinmərhələdə mövcud kommunikasiya xətlərinin köçürülməsi, köhnəkörpünün sökülərək ərazinin təmizlənməsi, tikinti sahəsininhazırlanması işləri yerinə yetirilir.

Qeyd edək ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirənvə 1970-ci illərdə inşa edilmiş sözügedən körpü keçidinə aidiyyətiqurumların mütəxəssisləri tərəfindən birlikdə baxış keçirilib vəməsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb.

Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən,konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurlarınmövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkaredilib.

Nəqliyyatı Əlaqələndirmə Şurasında mütəxəssis rəyləri vəmüzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi vəyerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub.

Sumqayıt
Sumqayıt
Sumqayıt
Sumqayıt
Sumqayıt
Sumqayıt
Məqalədə:
Seçilən
6
29
az.trend.az

10Mənbələr