AZ

Gürcüstanda etirazlara səbəb olan qanun dəyişdiriləcək

Gürcüstan hökuməti “Xarici təsirin şəffaflığı haqqında” qanunun məzmununun dəyişdiriləcəyinə söz verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Alen Berse Tbilisidə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Venesiya Komissiyası daxil olmaqla Gürcüstan və Avropa Şurasının nümayəndələrindən ibarət işçi qrupu yaradılacaq.

“Vətəndaş cəmiyyəti təşkilatları və ayrı-ayrı şəxslərin hüquqlarını pisləşdirən qanunvericiliklə bağlı narahatlığımı ifadə etmişəm. Bu qanunu Avropa standartlarına tam uyğun olması üçün dəyişmək lazımdır”, - baş katib deyib.
Xatırladaq ki, Gürcüstanda etirazlara səbəb olan, Avropa İttifaqı və ABŞ-nin tənqid etdiyi qanun bu ilin avqustun 1-dən qüvvəyə minib. Qanunla maliyyələşməsinin 20%-ni xaricdən alan qeyri-hökumət təşkilatlarının qeydiyyatı tələb olunur.


Müəllif: Cəmilə Babayeva
phrase_var_article.chosen
9
teleqraf.com

1phrase_var_article.sources