Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna dəyişiklik edəcək.
Gürcüstan hakimiyyəti Avropa Şurasının baş katibinə xarici agentlər haqqında qanuna dəyişiklik edəcəyinə söz verib. “Gürcüstan nümayəndələri ilə Avropa Şurası, o cümlədən Venesiya Komissiyası arasında işçi qrup yaradılacaq və qanunvericiliyə hansı dəyişikliklərin edilməsi lazım olduğu müəyyənləşəcək. Ümid edirəm ki, oxşar proseslər başqa istiqamətlərdə də həyata keçirilə bilər”, – deyə Berse (“Qafqazın əks-sədası”) bildirib.
Gürcüstan mətbuatı onu da yazır ki, bu gün Gürcüstanın baş naziri Kobaxidze ilə Berse arasında ikinci görüş keçirilir. Qeyd olunur ki, sonuncu müxalifət, qeyri-hökumət təşkilatlarının nümayəndələri və hakim partiyanın sədri İvanişvili ilə də görüşüb.